SİZİN REKLAM BURADA!
055 213 76 73



"Rayonlara gedən zaman özümü həbsxanada hiss edirəm. Çünki dəniz də hasara alınıb. Hətta Qobustan qəsəbəsindən keçəndə oranın da hasara aldığını görürük. Bu məsasız hasarlar ölkəni eybəcərləşdirir. İnsanlar arasında ayrıseçkilik yaradır. Mən düşünürəm ki, həmin hasarların yerinə onalara çəkilən xərclə o əraziləri yaşıllaşdırmaq olar".

BAKU.WS-in məlumatına görə, bu sözləri prezidentliyə namizəd Razi Nurullayev ötən gün "İctimai" kanalında prezidentliyə namizədlərin debatı zamanı öz çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycanı başdan-başa hasarlara bürümək düzgün deyil:

"Bu hasarlama siyasəti icra hakimiyyəti başçıları tərəfindən həyata keçirilir. Çünki istəmirlər ki, hasarların arxasındakı eybəcərliklər görünməsin. Bu eybəcərlikləri örtmək düzgün deyil, həll etmək lazımdır. Sizin qarşınızda söz verirəm, mən prezident olsam ekskavatorun sükanı arxasına oturub 1 saat ərzində daş hasarları uçuracam. Dənizi hasarlardan xilas edəcəm. Orada kimin villası olub olmasından asılı olmayaraq onu da uçuracam. Mən bunu sizin qarşınızda bir öhdəlik kimi götürürəm".

Abbas
BAKU.WS