SİZİN REKLAM BURADA!
055 213 76 73



Aprelin 11-də keçiriləcək prezident seçkisinə daha bir şəxs iddialıdır.

BAKU.WS xəbər verir ki, İctimai Tədqiqatlar Mərkəzi İctimai Birliyinin katibliyindən “Qafqazinfo”ya verilən xəbərə görə birliyin prezident seçkiləri ilə bağlı növbədənkənar toplantısı keçirilib. Toplantıda qurumun sədri İlqar Altayın (Məmmədov) prezidentliyə namizədliyi ilə bağlı müzakirələr aparılıb. İclasda onun namizədliyini dəstəklənib. Müzakirələrin nəticəsi olaraq tanınmış hüquqşünas-alim, kriminalist-tədqiqatçı İlqar Altayın prezidentliyə namizədliyi irəli sürülüb.

İlqar Altay toplantıda seçki bəyanatı verib: “2013-cü ildə mənim prezidentliyə müstəqil namizədliyim irəli sürüldü. Təəssüf ki, həmin seçkilərdə müəyyən obyektiv səbəblərə görə sonadək mübarizə aparmağım mümkünsüz oldu. Hesab edirəm ki, ölkəmizdə mühüm müsbət dəyişikliklərə kəskin ehtiyac yaranıb. İnanıram ki, bu dəyişiklikləri cəmiyyətin bütün ictimai-siyasi spektrini birləşdirən yeni qüvvə daha uğurla həyata keçirə bilər. Bu mənada seckilərdə iştirakımın xalqımız və dövlətimiz üçün müsbət ola biləcəyini düşünürəm”.

BAKU.WS