SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərində Novruz hazırlıqları davam edir. Bu gün Yel çərşənbəsi qeyd olunsa da, paytaxtın mərkəzində hazırlıq işləri tamamlanmayıb. Səbəb isə Novruz bayramının ilaxır çərşənbədən bir həftə sonra qeyd olunmasıdır.

Bu gün BAKU.WS-in müxbiri İçərişəhərdə Novruz bayramı öncəsi görülən hazırlıq işləri ilə tanış olub.

İlk olaraq diqqətimizi çəkən məqam İçərişəhərdə evi xatırladan taxta dükanlar tikilməsi oldu. Sıra ilə tikilən dükanlar Novruz bayramı ərəfəsində sərgilərin keçirilməsi üçün nəzərdə tutulur.

Novruz hazırlıqlarından fotoreportajı təqdim edirik: 


İman
BAKU.WS