SİZİN REKLAM BURADA!
055 213 76 73



"Qarabağ" - "Roma" oyunu ilə bağlı ötən gün tamaşaçıların Bakı Olimpiya Stadionuna axın etməsi metroda böyük izdihama səbəb olub.

BAKU.WS-in məlumatına görə, "Koroğlu" metro stansiyasına həddən artıq sərnişinin daxil olması çətin vəziyyətin yaranmasına səbəb olub.

UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək "Qarabağ" - "Roma" oyunu ilə əlaqədar Bakı Olimpiya Stadionunun ətrafına şəxsi avtomobillərin və marşrut avtobuslarının buraxılması qadağan edilib. Məhz bu amil də metrodan istifadə edənlərin sayının artmasına səbəb olub. Nəticədə bu cür xoşagəlməz mənzərə ortaya çıxıb.

Nazim
BAKU.WS