SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bakıda ilk dəfə olaraq qeyri-adi sosial test keçirilib.

BAKU.WS-in məlumatına görə, sosial tesin videosu "Alles Pro” youtube kanalında yerləşdirilib.

Sosial test bundan ibarətdir ki, üzərinə müxtəlif məbləğlərdə pul yapışdırılmış və üzərinə "ehtiyacın varsa götür, yoxdursa gətir” yazılmış kağız lövhəni əlində tutmuş oğlan Bakının mərkəzində dayanıb.

Oğlanın yanından keçən insanlar əvvəlcə bunu maraqla izləyirlər. Daha sonra isə bəziləri pul verir, bəziləri isə puldan götürür.

Məlum olub ki, oğlanın üzərindən pul götürənlərin sayı daha çoxdur. Onlarından bəziləri rayona getməyə pulu çatmadığına, su almaq istədiyinə, bəziləri isə dərman almaq üçün pulu kifayət etmədiyinə görə götürdüklərini deyiblər.

Maraqla qarşılanan sosial testin videosunu təqdim edirik.

Samed
BAKU.WS