SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyada cəmi bir dəfə həyata keçirilən əməliyyatın ikincisi bu gün Bakıda baş tutub.

Söhbət anadangəlmə qulağı olmayan bir qız uşağına yeni bir qulağın qoyulmasından gedir. 14 yaşlı qızın anasının qabırğasından qığırdaqlar alınıb və qızının qulağının bərpa edilməsi üçün istifadə edilib.

BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, əməliyyat bakıdakı özəl klinikaların birində həyata keçirilib.
Nadir əməliyyat Azərbaycanda ilk dəfə baş tutur.

Uşaqlarda bu qüsur əsasən ananın hamiləlik dövründə keçirdiyi infeksiyalardan və bir sıra başqa səbəblərdən yarana bilir.
Əməliyyat 3 mərhələdən ibarət olmaqla təxminən 6-7 saat müddətində həyata keçirilib və uğurla başa çatıb. Bu əməliyyatı keçirən pasiyentlərin qulağının tam sağalma dövrü 3 həftə ilə 6 ay arasında olur.
 
BAKU.WS