SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bir neçə gündür bazarlarda tut və gilas satışa çıxarılıb. Satıcılar bu meyvələrin yerli məhsul olduğunu deyirlər. BAKU.WS xəbər verir ki, Xəzər TV tut və gilasın qiymətləri ilə maraqlanıb.

Məlum olub ki, tutun 1 kiloqramının qiyməti 2 manat, 2 manat 50 qəpikdir. Bazara yeni çıxan meyvələrdən biri də gilasdır. Gilas isə 4-8 manata alıcılara təqdim olunur. Satıcıların sözlərinə görə, bazara çıxarılan bu meyvələr yerli məhsullardır.

Satıcılar alıcı sarıdan korluq çəkmədiklərini deyirlər.
 
BAKU.WS