SİZİN REKLAM BURADA!
055 213 76 73


Polis əməkdaşları tərəfindən idman qurğusu bir neçə gün öncə ərazidən götürülüb, yayılan görüntülər köhnədir.

BAKU.WS-in məlumatına görə, qanunsuz olaraq küçə ticarəti ilə məşğul olan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin küçə ticarəti maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilib.

***09:28

Bakının mərkəzi küçələrindən birində, “28 May” metrostansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-100 AZN ödəniş olunacağı söz verilir.

Sosial şəbəkələrdə yazılan fikirlərə əsasən, heç kim turnikdə asılı qala bilmir, buna səbəb kimi isə turnikin dəmir hissəsinin yağlı olması iddia edilir.

BAKU.WS
VİDEO