SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan və Ermənistan arasında hərbi qulluqçuların qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər - Aqşin Bəbirovla Hüseyn Axundov azad ediləcəklər.

Hüseyn Axundovun anası Şəlalə Axundova ATV-nin “Xəbərin olsun” proqramının efirində canlı bağlantıya qoşulub.

Şəlalə Axundova oğlunun məktublarında onlardan halallıq istədiyini bildirib:

“Noyabrın 23-ü danışmışdıq, 27-si isə məktubunu almışdıq. Bəlkə də, bu xəbər onun özü üçün də sürpriz olub. Çünki Hüseyn məktubunda hamıdan halallıq istəyirdi, biz də qorxurduq. Ömürlük həbs cəzası veriləndə fikirləşdik ki, yəqin, bunu bilib, halallıq istəyib”.

Şəlalə xanımın bu açıqlamasından sonra verilişin aparıcısı Kubra Məhərrəmova gözyaşlarını saxlaya bilməyib.

Ətraflı videoda:

BAKU.WS
VİDEO