SİZİN REKLAM BURADA!
055 213 76 73


"Başıaşağı qız idi. Onun əri çox qabiliyyətli oğlan idi. Hündür boy, yaraşıqlı oğlan idi. Onu bu oğlan vurubsa, mən inanmıram... Bir dəfə də mənə dedi ki "Əli müəllim bu mənim həm də xalam oğludur". Mənə bu xəbər gələndə inana bilmədim. Çətindi bu suala cavab vermək, çünki həyat yoldaşı başıaşağı oğlan idi".

BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyev əri tərəfindən öldürülən müğənni Yaqut Həşimova ilə bağlı "Günə son" verilişinə danışarkən deyib.

Sənətçi həm də onun müəllimi olub. veriliş zamanı Mirəliyev tələbəsinin vəfatına görə kədərlənərək ağlayıb:

"Ona ümidlərim böyük idi. Onu çox sevirdim. Bu hadisəyə həm inanıram, həm də yox... Bilmirəm nə cavab verim. Allah günahlarını bağışlasın".

Qeyd edək ki, Yaqut Həşimova "Azəristar" yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınıb. Ötən gün sənətçini həyat yoldaşı Anar Həşimov qətlə yetirib. Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.

BAKU.WS
VİDEO