SİZİN REKLAM BURADA!
055 213 76 73


“İtirib-axtaranın olmaması mənə ağır gəlir. Rahat yaşamaq üçün ev istəyirəm. Bu günə qədər çox yerə müraciət etmişəm. Amma nəticəsi yoxdur”.

Bu sözləri 1995-ci ildə ərazi bütövlüyümüz uğrunda şəhid olan Samir Zülfüqarovun anası, Şabranın Ağbaş kənd sakini 70 yaşlı Gülgəz Zülfüqarova deyib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib ki, şəhid ailələri və müharibə əlilləri ilk mərhələdə yaşayış sahəsinə ehtiyac olan şəxslər kimi aidiyyəti rayon icra hakimiyyətinə müraciət edərək uçota alındıqdan sonra onların mənzillə təminatı həyata keçirilir:

“Şəhid Samir Zülfüqarovun anası Gülgəz Zülfüqarova 2022-ci il iyulun 12-də Şabran Rayon İcra Hakimiyyəti tərəfindən imtiyazlı şəxs kimi uçota alınıb. Növbəlilik qaydasında ailənin mənzillə təminatına baxılacaq”.

Qeyd edək ki, göstərdiyi şücaətə görə Samir Zülfüqarova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO