SİZİN REKLAM BURADA!
055 213 76 73


“Noyabrın 1-də istilik mövsümü başlayacaq rayonların sayı 14-ə çatdırılacaq”.

Xezerxeber.az-ın məlumatına görə, “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib.

Onun sözlərinə görə, qurumun fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib.

Nazirlər Kabineti tərəfindən istilik enerjisindən istifadə qayadaları təsdiqlənib.

Bəs, paytaxtda da istilik mövsümü noyabrın 1-dən etibarən başlaya bilərmi?
Mətbuat katibi qeyd edib ki, bu məsələ aidiyyəti qurumlarla müzakirə mərhələsindədir.

Mətbuat katibi əlavə edib ki, Bakıda bu il də istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub:

“İstilik sisteminə sayğacın quraşdırılmasına gəlincə, bu, yalnız qeyri-əhali istehlakçıları üçün planlaşdırılır. Hazırda bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülür”.

Ətraflı süjetdə:

BAKU.WS
VİDEO