SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Cavanşir Məmmədov qalmaqal yaşadığı keçmiş kürəkəni Mustafa Kemal İbili barəsində MTV kanalında olarkən mətbuata açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, sənətçinin açıqlamasında deyilir ki, kürəkəni dələduzluq və maddi ziyan vurma maddələri ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"8 aydır ki, Bakı Şəhər Baş polis idarəsində Ağır Cinayətlərə dair istintaq şöbəsində maddi zərərçəkmiş Əməkdar artist Cavanşir Məmmədov və digər maddi zərərçəkmişlərə qarşı Türkiyənin Qaziantep şəhər sakini Mustafa Kemal İbili barəsində başladılan cinayət işi 178.03.02-dələduzluq və bir neçə şəxsə külli miqdarda maddi ziyan vurma maddəsi ilə yekunlaşıb.

Mustafa Kemal İbili 6 il yarım müddətinə azadlıqdan məhrum edilmişdir" - deyə açıqlamada qeyd olunur.

Xatırladaq ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək, Kemal Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Mustafa Kemal İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa Kemal İbili Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə qeyri-rəsmi nikahda olub.

Ətraflı videoda:

BAKU.WS
VİDEO