SİZİN REKLAM BURADA!
055 213 76 73


"İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Xankəndidən Yerevana gedirəm və bir daha geri qayıtmaq fikrim yoxdur".

BAKU.WS xəbər verir ki, bu fikirləri report-a açıqlamasında Seyran Aqambekyan deyib.

O, İkinci Qarabağ müharibəsində qardaşını itirdiyini bildirib: "Mən üç il bundan əvvəl Qarabağda hərbi xidmətdə olmuşam. Daha doğrusu, Martunidə (Xocavənd - red.). İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Döyüşlərdə yaralanmamışam. Lakin ailə üzvlərimdən qardaşım döyüşlərdə həlak olub. Valideynlərim hələ ki Xankəndidədir. Lakin özüm Yerevana gedirəm. Çox güman, bir daha geri qayıtmayacağam".

BAKU.WS
VİDEO