SİZİN REKLAM BURADA!
055 213 76 73


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində yayımlanan budəfəki verilişdə azərbaycanlı aşığın ermənilər tərəfindən necə öldürülməsindən bəhs edilib.

Bildirilib ki, Qərbi Azərbaycanda kütləvi qətliamlar törədən erməni qulduru Andranik Ozanyan Göyçə mahalının Basarkeçər rayonunda olduğu vaxt Aşıq Nəcəfi tuturlar. Türk olduğunu bildikdən sonra Andranik ondan özünü tərifləməsini tələb edir. Aşıq Nəcəf isə bunu rədd edir. O, “sən kimsən ki, mən səni tərifləyim? Sən baş kəsirsən, adam öldürüsən”, - deyir.

Erməni cəlladları aşığın bu sözlərindən sonra qaynayan samovarı onun kürəyinə bağlayıblar. Aşıq Nəcəf belinə bağlanmış qaynar samovarla yandırılaraq öldürülüb.

Ətraflı süjetdə:

BAKU.WS
VİDEO