SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəranın Liman şəhərində yerləşən 3 saylı bağça qəzalı vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, istifadəyə yararsız olan bağça ilan yuvasına çevrilib:

“Qışda burada qalmaq olmur. Uşaqlar qızınmaq üçün evlərindən gətirdikləri odunu yandırırlar. Yayda da adam yerdən ilanın çıxmasından qorxur”.

Astara Regional Təhsil İdarəsindən məsələ ilə bağlı bildirilib ki, müvafiq qurumlar tərəfindən bağçaya baxış keçirilib, yeni binanın tikilməsi nəzərdə tutulub.

BAKU.WS
VİDEO