SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda it dişləyən azyaşlının yeni görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, videoda uşağın vəziyyətinin yaxşı olduğu görünür.

Qeyd edək ki, Balakən qeydiyyatında olan, Sumqayıtda məskunlaşan 2016-cı il təvəllüdlü Mirqafarov Tunar Kənan oğlu ailə üzvləri ilə birlikdə 8 iyul 2023-cü il tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına daxil olub. Ailə üzvlərinin sözlərinə görə, onu it dişləyib.

Baş, qol və kürək nahiyələrindən xəsarətlər alan Tunar Mirqafarova ilkin tibbi yardım göstərilib, cərrahi əməliyyatlar həyata keçirilib.

Eyni zamanda ona quduzluq əleyhinə immunoqlobulin və sxemə uyğun antrabik vaksini vurulub. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

BAKU.WS
VİDEO