SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Mən öz torpağımın vətəndaşıyam” adlı veriliş Parisdə yaşayan Qərbi azərbaycanlı - Ağbaba mahalı, Amasiya rayonu, Güllübulaq kənd sakini Saiman Cəfərovun həyat hekayəsinə həsr olunub.

O, 1969-cu ilin yanvar ayında Güllübulaqda doğulduğunu, uşaqlıq illərinin şox gözəl keçdiyini, kəndlə bağlı xatirələrini söyləyib: “Təndirimiz var idi. Nənəm çörək bişirəndən sonra, çörəyi çıxarandan sonra təndir soyusun deyə bir az qalırdı. Çünki həmən qılçamızı təndirə salsaydıq yanardıq. Dayım uşaqları, mən, nənəm, mamam idi, yığışırdıq, çox vaxt olurdu qılçamızı təndirə sallayırdıq, üstünü də dəsmal ilə örtürdük və söhbət edirdik”.

Onun sözlərinə görə, Bəhlul babası 1936-1937-ci illərdə sürgün olub: “O vaxt bizim millətin çoxunu Qazaxıstana, Almata regionuna sürgün ediblər. 1980-ci ildə artıq yollar açıq idi, babam gedib-gəlirdi. Ondan sonra babam gəldi dedi ki, köçüb Qazaxıstana gedək. O vaxtı babam da, atam da, əmilərim də orada işləyirdilər. Yaxşı yadımdadır, 1980-ci il sentyabrın 11-də biz köçdük”.

S.Cəfərov kəndlərinin Türkiyə ilə sərhəddə yerləşdiyini, o zaman zəlzələ olmasaydı camaatın ermənilərin əlindən sağ çıxmayacağını bildirib: “Zəlzələdə bunların başı qarışdı. O zəlzələ olmasaydı, birimiz oradan sağ çıxmayacaqdıq. Zəlzələ olanda onların başı qarışdı və bizimkilər çıxıb bura gəldilər”.

O, Prezident İlham Əliyevin “biz öz torpaqlarımıza qayıdacağıq” sözlərindən ruhlanaraq Qərbi azərbaycanlıların doğma yurda qayıtmaq isdədiklərini, daim Vətən həsrəti ilə yaşadıqlarını vurğulayıb: “Allah qoysa, gələcəkdə Güllübulağa gedəcəyik və tikib düzəldəcəyik. Qərbi Azərbaycanı çox sevirəm. Almatını, Azərbaycanı unutmuram. Məzuniyyətə çıxanda oralara gedirəm. Bircə Qərbi Azərbaycan qalıb. Allah qoysa, ora da gedəcəyik. Arzulayıram ki, bizim millətə daha belə bir əziyyət çəkməsin, heç yana dağılmayaq. Bir yerdə yaşayaq, mehriban olaq. Həmişə internetdə yazıram ki, İrəvan xanlığı, Gümrü şəhəri, Amasiya rayonu, Güllübulaq kəndi Azərbaycandır!”
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı BAKU.TV-nin süjetində:

BAKU.WS
VİDEO