SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda polis əməkdaşının köməyi ilə hamilə qadın xəstəxanaya vaxtında çatdırılıb. 

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Belə ki, Maştağa-Zabrat-Sabunçu yolunda axşam saatlarında tıxac olub. Hamilə qadını xəstəxanaya çatdırmaq istəyən sürücü 99-YP-260 nömrəli maşında xidmət aparan yol polisindən kömək istəyib. 

Polis əməkdaşının yardımı ilə yol açılıb və qadın xəstəxanaya vaxtında çatdırılıb.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO