SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azərbaycanda əmanətlərin 80%-i dollarladır, amma sığortalanan valyutalar manatla qaytarılır. Əhali ona qaytarılan vəsaiti banklara gedərək dərhal dollara çevirir".
 
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev "İqtisadi Forum" adlı verilişdə bildirib. Onun sözlərinə görə, banklar marja hesabına əhalinin pulunu konvertasiya edir və sonda vətəndaş manatı dollara çevirdiyi üçün vəsait itirir.

İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırovun suallarını cavablandıran ekspert bildirir ki, banklar əllərində olan dolları satmaqdan imtina edir və xarici valyutanı "qara bazar"a yönəldir.   
 
S.Əliyev hesab edir ki, manata olan təzyiqləri azaltmaq üçün dollara alternativ maliyyə alətlərindən istifadə olunmalıdır. Bununla yanaşı, kapital bazarının inkişa etməməsi də manata olan təzyiqin artmasına gətirib çıxarır. 
 

Şahin Həbibov
BAKU.WS