VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri, Yasamal rayonu ərazisindəki 38 saylı məktəbin 3 hektarlıq ərazisi narkomanların məskən saldığı məkana çevrilib.

Məktəbin həyətində istifadə olunmuş şprislər var və şagirdlər burada hər gün təhlükə ilə üz-üzədirlər. Mövcud vəziyyət şagirdləri, onların valideynlərini və məktəbin pedaqoji kollektivini narahat edir. Maraqlıdır ki, şagirdlərin təhlükəsizliyi necə qorunur? Ümumiyyətlə, əlaqədar qurumlar bununla bağlı hansı addımları atırlar?

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, həm məktəb kollektivi, həm də ətrafda yaşayan sakinlər bu şprislərin narkomanların istifadəsindən sonra bura atıldığını güman edirlər.

Məktəbin direktoru Yaqut Əfəndiyeva deyib ki, 3 hektar ərazisi olan təhsil ocağında 960 şagird təhsil alır. Şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə iki giriş qapısı olan bu təhsil müəssisəsinin yalnız ön qapısı istifadə olunur. Zirzəmilərin qapısı isə dəmir çərçivələrlə qapadılıb.

Məktəbin kollektivi vəziyyətlə bağlı həm Elm və Təhsil Nazirliyinə, Yasamal Rayon İcra Hakimiyyətinə və ərazidəki 29-cu polis bölməsinə müraciət edib.

Məsələ ilə bağlı DİN-in şöbə rəisi Elşad Hacıyev qeyd edib ki, həmin əraziyə fasiləsiz xidmət aparan naryad qrupları təhkim olunub. Polisin keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

BAKU.WS
VİDEO