SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında BAKU.WS saytının işıqlandırdığı problem artıq həllini tapıb.

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi 7A ünvanında ağacların dibi hazırda müvafiq qurumun əməkdaşları tərəfindən asfaltdan təmizlənib.

Bunu BAKU.WS saytına Ekologiya və Təbii Sərəvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ağacların dibi asfaltdan təmizlənir.

İ.İbrahimova yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən media və ictimaiyyət nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə və sayıqlıqlarına görə təşəkkürünü bildirib və hər kəsi yaşıllıqlara qayğı ilə yanaşmağa, onların mühafizəsinə həssas münasibət göstərməyə çağırıb.

***10:38

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağacları məhv etməyin nadir üsulundan istifadə edilib.

Bu barədə qəsəbə sakinləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər. Bildirilir ki, Biləcəri Dəmir Yol Vağzalı yaxınlığında, “Biləcəri bazarı” adı ilə tanınan yerlə üzbəüz ərazidə ağacların dibini asfaltlayıblar. 

Maraqlı məqam orasındadır ki, hadisə polis şöbəsi ilə üzbəüz ərazidə baş verib.

Boş ərazi asfaltlanıb. 

Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova BAKU.WS-ə açıqlamasında bildirdi ki, məsələ nəzarətə götürülüb.

“Artıq əməkdaşlarımıza xəbər verilib. Məsələ nəzarətə götürülüb. Ağacların dibinin təmizlənməsi ilə bağlı aiddiyyəti qurumlara tapşırıq veriləcək”, - deyə İradə İbrahimova bildirib.

BAKU.WS
VİDEO

QALEREYA