SİZİN REKLAM BURADA!
055 213 76 73


Hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni silahlılardan birinin din xadimi olduğu məlum olub.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Sahakyan Araratoviç din xadimi olması ilə bağlı etirazlarına baxmayaraq, silahlandırılıb Azərbaycanın işğal altındakı ərazilərinə gətirilərək Qubadlı rayonunda döyüşlərə cəlb edildiyini bildirir.

Hovsep Sahakyan "Youtube" və digər sosial şəbəkələrdə yayılmış dini moizələri və rəhbərlik etdiyi dini ayinlərlə bağlı videomateriallarla tanınır.

BAKU.WS
VİDEO