Rəşad Sadıqov: "Torpedo"ya qarşı cavab oyununda hər şeyə hazır olmalıyıq"
"Zirə" komandası "Torpedo"ya qarşı cavab matçında hər şeyə hazır olmalıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında deyib.
Mütəxəssis Sumqayıtda Gürcüstanın "Torpedo" komandasına üç cavabsız qolla qalib gəldikləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Rəqibin heyətində yaxşı futbolçular var. Onlara meydanda təzyiq göstərməyə çalışdıq. Gürcüstan klubu bizdən daha hazırlıqlı idi. Hamımız birlikdə cavab görüşünə hazırlaşmalıyıq. Səfərdə daha yaxşı oyun sərgiləməyik ki, mərhələni keçən tərəf biz olaq. Bütün rəqiblərə hörmətlə yanaşıram".
R.Sadıqov oyuna yaxşı başladıqlarını söyləyib:
"Rəqibə təzyiq göstərmək istəyirdik. Uğurlu alındı. Qarşılaşmanın sonunda yorğunluğu hiss etdik. Hesabı daha da artıra bilərdik. Amma alınmadı.
Qarşıda bizi önəmli cavab matçı gözləyir. Futboldur. Onlar da bizə qalib gələ bilərdi. Dünya futbolunda 5-10 dəqiqə içində gözlənilməz hadisələr baş verə bilər".
Baş məşqçi futbolçuların hamısının ideal formada olmadığını sözlərinə əlavə edib:
"Yeni transferlərimizin də zamana ehtiyacı var. Futbolçular əzmkarlıq göstərdilər və çətinliklərin öhdəsindən gəldilər. Cavab görüşündə daha yaxşı oynamalıyıq".
Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
Oxşar xəbərlər
DÇ-2026-da ən çox qolu hansı ölkə çempionatının futbolçuları vurublar?
İngiltərə Premyer Liqasının (İPL) təmsilçiləri 2026-cı il dünya çempionatında vurulan qolların sayına görə bütün milli çempionatlar arasında birinci pillədə qər...