Devid Bekham DÇ-2026-nın ən yaddaqalan məqamlarından danışıb
İngiltərə millisinin sabiq futbolçusu Devid Bekham 2026-cı il dünya çempionatının ən parlaq və yaddaqalan anlarını dəyərləndirib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o Kabo-Verde millisini xüsusi vurğulayıb.
"Turnirdə çoxlu unudulmaz məqam yaşandı. Hər dünya çempionatı az tanınan və ya geniş futbol ictimaiyyətinin yaxından izləmədiyi yeni oyunçuları üzə çıxarır. Mundial onlara dünyanın ən güclü milliləri və çempionlarına qarşı oynamaq imkanı yaradır və onlar tez-tez azarkeşləri heyran qoyurlar.
Bu dünya çempionatı tarixdə ən böyük turnir oldu və əvvəllər mundialda iştirak etməmiş ölkələrə də özlərini göstərmək şansı verdi. Məsələn, Kabo-Verde millisi dünyanın hər yerində insanların rəğbətini qazandı. Onların güclü rəqiblərə qarşı nümayiş etdirdiyi oyun həqiqətən möhtəşəm idi.
Belə çıxışlar həm azarkeşləri duyğulandırır, həm də uşaqları ruhlandırır. Bu, həmin ölkələrdə və oxşar yolu keçən digər dövlətlərdə gənclərə futbol oynamaq və bir gün öz milli komandalarını təmsil etmək arzusu aşılayır", – deyə Bekhem bildirib.
Qeyd edək ki, Devid Bekham 1996-2009-cu illərdə İngiltərə millisinin formasını geyinib. O, yığmanın heyətində 115 oyunda iştirak edib və 17 qol vurub.
Oxşar xəbərlər
Avropa çempionatı: Azərbaycanın çimərlik futbolu millisi pley-off mərhələsinə yüksəlib
Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb. BAKU.WS AFFA-...