SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerikalı boksçu Floyd Meyvezer UFC-nin yüngül çəkidə mütləq çempionu rusiyalı Həbib Nurmaqomedovla döyüşməyə hazır olduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Məşhur boksçu rusiyalı qaydasız döyüşçü ilə 600 milyon dollar qarşılığında rinqə çıxacağını bildirib. Meyvezer əlavə edib ki, Nurmaqomedovla döyüş onun üçün riskli olacaq.

Amerikalı boksçu əlavə edib ki, irlandiyalı Konor Makqreqorla da təkrar döyüşə hazırdır, lakin bunun üçün də yüksək qonorar olmalıdır.

BAKU.WS