SİZİN REKLAM BURADA!
055 213 76 73


AVRO-2020-nin Bakıda keçiriləcək oyunları üçün Uelsdən Bakıya çarter reysləri təşkil olunacaq.

Bu barədə Böyük Britaniyanın “Air Charter Service” şirkətinin kommersiya direktoru Metyu Perton “Business Airport” portalına bildirib. Onun sözlərinə görə, Avropa çempionatının püşkatmasında sonra çox sayda sifariş alıblar: “Püşkatmadan bəri telefonlarımız susmur. Əsasən də futbol federasiyaları və azarkeşlər tərəfindən zənglər olur. Aralarında 4 günlük fərq olacaq matçlara yetişmək üçün uzaq məsafə qət etmək lazımdır. Kardiffdən Bakıya qədər olan məsafə 2500 mildir (4000 km). Romandan Azərbaycanın paytaxtına isə 2000 mil (3200 km) təşkil edir. Biz artıq qarşıdakı pley-off görüşləri üçün çarter reysləri təşkil edəcəyik. Avropa çempionatının final mərhələsi üçün isə artıq 40 çater reysi bron edilib”.

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığması hər iki oyunda qalib gəlib (2:1, 2:0).

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

Böyük Britaniya təmsilçilərindən Şotlandiya və Şimali İrlandiya pley-off mərhələsində çıxış edəcəklər. Bu komandalar müvafiq olaraq İsrail və Bosniya və Herseqovina ilə qarşılaşacaqlar.

BAKU.WS