SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında iki medal qazanıb.

BAKU.WS xəbər verir ki, Rüstəm Orucov 73 kq çəki dərəcəsinin finalında yaponiyalı Şohei Ono ilə qarşılaşıb.

Orucov Rio-2016-nın finalında uduzduğu rəqibinə yenə məğlub olub və gümüş medalla kifayətlənib.

Eyni çəkidə mübarizə aparan Hidayət Heydərov yarımfinalda Rüstəm Orucova məğlub olub. Heydərov bürünc medal uğrunda görüşdə tacikistanlı Somon Maxmadbekova qalib gəlib.

Qeyd edək ki, yarışın ilk 2 günündə 6 cüdoçumuz medalsız qalıb.
BAKU.WS