SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya millisinin keçmiş üzvü, Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov karyerasını başa vurub.

BAKU.WS
xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə “Instagram” hesabından məlumat verib. 

Səmədov karyerası ərzində ona dəstək olan ailəsinə, dostlarına, məşqçilərə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkürünü bildirib. 

Qeyd edək ki, ötən mövsüm Rusiyanın “Krılya Sovetov” komandasının formasını geyinən Səmədov Azərbaycan millisinə gəlməkdən imtina edib.

Bakıda keçirilən UEFA Avropa Liqasının final matçının səfiri olan Səmədov 2011 – 2018-ci illər aralığında Rusiya millisinin heyətində 53 oyuna 7 qol vurub. O, bir müddət əvvəl karyerasını Azərbaycanda davam etdirmək ehtimalının olduğunu açıqlamışdı.
BAKU.WS