SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycan idmançıları növbəti medalları qazanıblar.

BAKU.WS Güləş Federasiyasına istinadən xəbər verir ki, yarışın üçüncü günündə son 7 çəki üzrə medal görüşləri keçirilir.

Kənan Heybətov debütdə Ukrayna təmsilçisini tam üstünlüklə məğlub edib. Daha sonra Finlandiya idmançısına heç bir şans tanımayan Kənan yarımfinala yüksəlib. Yunan güləşçini də vaxtından əvvəl yenən Heybətov finala çıxıb.

Cəbrayıl Hacıyev ilk görüşdə gürcü güləşçi üzərində inamlı qələbə qazanıb. Türkiyə pəhləvanını 1 dəqiqə ərzində diz çökdürən Hacıyev 1/4 finala yüksəlib. Bu mərhələdə Yunanıstan təmsilçisi də yığmamızın üzvü qarşısında aciz qalıb. Cəbrayıl yarımfinalda İsveçrə idmançısına da güzəştə getməyib.

Elmir Əliyev ilk hissədə Norveç təmsilçisini sıradan çıxarıb. Daha sonra çətinliklə də olsa, Rumıniya idmançısından güclü olub. Yarımfinalda gürcü rəqibini "tuşe" ilə devirən həmyerlimiz adını finala yazdırıb. Həlledici görüşdə Ukrayna təmsilçisinə də gücünü göstərən Əliyev çempion olub.

Xasay Həsənli ilk mərhələdə Yunanıstan idmançısını məğlub etməkdə çətinlik çəkməyib. Finlandiya və İsveçrədən olan rəqiblərinə də aman verməyən Xasay adını yarımfinala yazdırıb. Ukrayna güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılan Həsənli finala yüksəlib. Həlledici qarşılaşma dramatik keçib. Son saniyələrdə rəqibi əks-fənddə yaxalayan Xasay fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Birgül Soltanova startda Rusiya güləşçisinə uduzub.

Elnurə Məmmədova gərgin keçən qarşılaşmada macar rəqibindən üstün olub. Daha sonra Ukrayna və Rumıniya idmançıları üzərində əzmkar qələbə qazanan Elnurə finala adlayıb. Ancaq son görüşdə Rusiya təmsilçisinə məğlub olaraq gümüş medalla kifayətlənib.
Nigar Mirzəzadə yarışa alman rəqibini yenməklə başlayıb. Ancaq 1/4 finalda türkiyəli idmançıya müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Nigar britaniyalı güləşçiyə rahat qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Son görüşdə polşalı rəqibi üzərində əzmkar qələbəyə sevinən Mirzəzadə bürünc medalın sahibi olub.

Sərbəst güləş
51 kq
1/8 final - Kənan Heybətov - İvan Terzi (UKR) 12:2
1/4 final - Kənan Heybətov - Niko Hivonen (FİN) 10:0
1/2 final - Kənan Heybətov - Nektarios Kristos Kuzupis (GRE) 12:1 
FİNAL - Kənan Heybətov - Rustam Dolayev (RUS) 

65 kq
Təsnifat - Cəbrayıl Hacıyev - Davit Patsinaşvili (GEO) 13:3
1/8 final - Cəbrayıl Hacıyev - Duhan Hamza Duman (TUR) 10:0
1/4 final - Cəbrayıl Hacıyev - Konstantinos Nikopolidis (GRE) 10:0
1/2 final - Cəbrayıl Hacıyev - Umar Mavlayev (SUİ) 10:0
FİNAL - Cəbrayıl Hacıyev - Batirbek Tşkovrebov (RUS)

Yunan-Roma güləşi
51 kq
1/8 final - Elmir Əliyev - Kristofer Andresen (NOR) 8:0
1/4 final - Elmir Əliyev - Denis-Florin Mihay (ROU) 2:1
1/2 final - Elmir Əliyev - Nukri Benidze (GEO) 6:1 (tuşe)
FİNAL - Elmir Əliyev - Sanya Yakovlev (UKR) 10:0

65 kq
Təsnifat - Xasay Həsənli - Fotios Bukis (GRE) 7:0
1/8 final - Xasay Həsənli - Kasperi Kauhanen (FİN) 3:1
1/4 final - Xasay Həsənli - David Loher (SUİ) 10:2
1/2 final - Xasay Həsənli - Marian Qolubovski (UKR) 7:4
FİNAL - Xasay Həsənli - Deni Nakayev (GER) 3:2

Qadın güləşi
53 kq
1/8 final - Elnurə Məmmədova - Flora Vizi (HUN) *4:4
1/4 final - Elnurə Məmmədova - Alina Rillia (UKR) 7:2
1/2 final - Elnurə Məmmədova - Patrisiya-Valeriya İurasku (ROU) 5:2 (tuşe)
FİNAL - Elnurə Məmmədova - Polina Lukina (RUS) 0:4 (tuşe)

57 kq
1/8 final - Birgül Soltanova - Darya Manuil (RUS) 2:2*

65 kq
1/8 final - Nigar Mirzəzadə - Mari Trautman (GER) 8:0
1/4 final - Nigar Mirzəzadə - Nesrin Baş (TUR) 0:10
Təsəlliverici görüş - Nigar Mirzəzadə - Lusi Makqrat (GBR) 10:0
Bürünc medal görüşü - Nigar Mirzəzadə - Zofia Polovçik (POL) 7:6
BAKU.WS
QALEREYA