“Qəbələ” klubunun Avropa Liqasındakı rəqibi müəyyənləşib.

BAKU.WS xəbər verir ki, yarışa II təsnifat mərhələsindən başlayacaq Azərbaycan kubokunun qalibi Gürcüstan “Dinamo”su ilə qarşılaşacaq.

“Qəbələ” Tbilisi təmsilçisi ilə ilk oyununu iyulun 25-də evdə, cavab matçını avqustun 1-də səfərdə keçirəcək.

Qeyd edək ki, bu komandalar 2015/16 mövsümündə də qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin duelində “Qəbələ” səfərdə 1:2 hesabı ilə uduzsa da, evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

BAKU.WS