SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının “Səbail” klubu avrokuboklarda çıxışını başa vurub.

BAKU.WS-in məlumatına görə, İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində Krayivo “Universitatea” (Rumıniya) - “Səbail” (Bakı) komandaları qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Ağabala Ramazanov və Dilan Duventru fərqləniblər. Beləliklə, öz meydanında eyni hesabla məğlub olan “Səbail” avrokuboklarda mübarizəsini dayandırıb.

Rumıniya təmsilçisi növbəti mərhələdə “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

20:00

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları davam edir. 

Yarışa bu raunddan başlayan Azərbaycanın "Səbail" klubu da cavab oyununu keçirir.

Topaz Premyer Liqasının bürünc mükafatçısı səfərdə “Universitatya Krayova” ilə üz-üzə gəlir. Aftandil Hacıyevin komandası çətin vəzifənin öhdəsindən gəlmək üçün mübarizə aparır.

Bakıda 2:3 hesabı ilə uduzan təmsilçimiz Rumıniyada ən azı 2 top fərqi ilə qalib gəlməlidirlər. Minimal hesablı qələbənin heç olmasa əlavə vaxt üçün yetərli olması üçün isə bakılılar 3 top vurmalıdır. 

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
18 iyul


20:00. “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan) - 0:0

Baş hakim: Helqi Mikael Yonasson

“Universitatya”: 13. Mirko Pilyatselli, 2. Tyaqo Ferreyra, 5. Boqdan Vetejelu, 6. Renato Keliç, 8. Aleksandru Mateyu, 9. Fortes Dos Santos, 10. Aleksandru Çikeldeu, 11. Nikuşor Banku (K), 14. Kamer Qaka, 22. Kristian Barbux, 27. İvan Martiç 
Ehtiyat oyunçular: 1. Laurentiu Popesku, 3. Mariuş Brisyaq, 4. Florin Bortsa, 7. Mixay Roman, 21. Antoni İvanov, 23. Vasile Konstantin, 24. Florin Qardoş 

Baş məşqçi: Korneliu Papura 

“Səbail”: 12. Daniel Bojinovski, 5. Vüqar Bəybalayev, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (K), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 91. Bilal Həmdi 

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru 

Baş məşqçi: Aftandil Hacıyev 

Krayova. İon Oblemenko stadionu
İlk oyun – 3:2
BAKU.WS