SİZİN REKLAM BURADA!
055 213 76 73


Biz bütün oyunlarda qalib gəlmək üçün mübarizə aparırıq. Belə olmadıqda çox məyus oluruq. Sabah UEFA Avropa Liqasının qalibi olmaq üçün meydana çıxacağıq. Bu, bizim üçün böyük fürsətdir. Ona görə də final matçında var qüvvəmizlə qalib gəlməyə çalışacağıq.

Bunu “Çelsi” komandasının müdafiəçisi Sezar Azpiliketa mayın 28-də final matçından əvvəl Bakı Olimpiya Stadionunda təşkil olunan mətbuat konfransında deyib.

“Çelsi” komandasının kapitanı olmasından böyük şərəf hissi duyduğunu vurğulayan futbolçu deyib: “Çelsi”yə kapitanlıq etmək mənim üçün böyük şərəfdir. Sabah kapitan kimi kuboku başım üzərinə qaldırmaq təbii ki, mənim üçün unudulmaz bir an olar. Lakin hazırda əsas diqqətimizi final matçına yönəltmişik”.

Premyer Liqada üçüncü yeri tutaraq UEFA Çempionlar Liqasına vəsiqəni artıq təmin etdiklərini vurğulayan müdafiəçi bildirib: “Biz 2018-2019-cu il mövsümündə Premyer Liqada üçüncü yeri tutaraq UEFA Çempionlar Liqasına vəsiqəni artıq qazanmışıq. Lakin UEFA Avropa Liqası başqa bir turnirdir və biz burada qalib gəlmək istəyirik. Biz kubok qazanmağa çalışırıq. Çünki turnirin qalibi olmaq mövsümü daha uğurlu başa vurmaq deməkdir”.
BAKU.WS