“Keşlə” futbol klubunda yeni təyinat olub.

BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən yay futbolçu karyerasını başa vuran Rəşad Sadiqov bundan sonra əsas komandada baş məşqçi Tərlan Əhmədovun köməkçisi olacaq.

Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Krakliç isə “Keşlə”ni tərk edib. Serbiyalı mütəxəssisin karyerasını Çində davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, Rəşad Sadiqov ötən mövsüm "Neftçi"də baş məşqçi olmuş Tərlan Əhmədovun rəhbərliyi altında futbolçu kimi çıxış edib. O, futbolçu karyerası ərzində “Şəfa”, “Qarabağ”, MOİK, “Xəzər Lənkəran” və “Qəbələ” klublarının da formasını geyinib.  

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ