SİZİN REKLAM BURADA!
055 213 76 73



Braziliya idman məhkəməsi "Atletico Paranaense" klubunu cəzalandırıb.  

"Report" UOL nəşrinə istinadən cəbər verir ki, buna səbəb klubun qapıçısı Aderbar Santosun oyun zamanı mobil telefondan istifadə etməsi olub. Santosun klubu bu hadisəyə görə, 13 min dollar məbləğində cərimə olunub. Qapıçıya isə 1 oyunluq cəza verilib.

Aderbar Santos avtomobilin sükanı arxasında telefondan istifadə edən şəxslərə qarşı aksiyada iştirak edərək bu addımı atdığını bildirib: "Telefonla oyuna çıxdığım üçün cəzalandırıldım. Lakin sükan arxasında telefondan istifadə edən şəxslər üçün də eyni cəzaların tətbiq olunmasını istəyirəm". 

BAKU.WS