SİZİN REKLAM BURADA!
055 213 76 73



Misir yığmasının baş məşqçisi Ektor Kuper "Liverpul”un yarımmüdafiəçisi, ulduz futbolçu Məhəmməd Salah barədə fikrini bölüşüb.

BAKU.WS saytının verdiyi məlumata görə, Ektor Kuper "SportsMole” nəşrinə müsahibəsində misirli futbolçu haqda xoş sözlər deyib:

"Şübhəsiz ki, Salah hazırda dünyanın ən yaxşı futbolçularından biridir. Ancaq yaxşı futbolçunun arxasında yaxşı komanda olmalıdır. Bilmirəm Misir yığmasını belə komanda hesab etmək olar ya yox. Ancaq Salahın köməyi ilə buna layiq olmağa çalışırıq”.

Nihat HÜSEYNZADƏ
BAKU.WS