“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı İtaliya “Roma”sı ilə matç üçün satışda yalnız 2 manatlıq biletlər qalıb.

Bu barədə BAKU.WS-ə “Qarabağ” FK-dan məlumat verilib. Azarkeşlər biletləri satış məntəqələrindən və ya onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Satış məntəqələrində vauçerləri biletlərlə dəyişmək də mümkündür.

Qeyd edək ki, satışa ümumilikdə 65 min bilet çıxarılıb. Sentyabrın 27-də keçiriləcək “Qarabağ” – “Roma” matçı saat 20:00-da başlayacaq.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ