SİZİN REKLAM BURADA!
055 213 76 73




“Dünən qardaş Azərbaycanın “Qarabağ” klubu möhtəşəm oyunu göstərdi.”

BAKU.WS-in məlumatına görə, bu sözləri jurnalist Elnur Eltürklə söhbətində Türkiyənin məşhur məşqçisi Yılmaz Vural bildirib.

“Oyunu həyəcansız izləməmək mümkün deyildi. Həm də oyundan ləzzət aldım. “Qarabağ” Qafqazın təcrübəli komandasına çevrilib. Dünən “Qarabağ”la qürur duymamaq mümkün deyildi.

Qardaş Azərbaycanın uğurları məni sevindirir. Xüsusilə, futbol sahəsində böyük uğura imza atıldı. Azərbaycan futbolunun bu səviyyədə inkişafı gələcəkdə istedadlı futbolçuların yetişməsinə böyük təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, futbolu milyonlarla insan izləyir. Bunun özü Azərbaycanın dünyada tanıdılması üçün yaxşı rol oynacaq. Azərbaycan xalqını ürəkdən təbrik edirəm”, - deyə Y.Vural qeyd edib.

BAKU.WS