055 213 76 73
İspan mətbuatı "Barselona"nın 30 yaşındakı futbolçusu Arda Turanla bağlı maraqlı məlumat yayıb.
BAKU.WS-in məlumatına görə, "Sport" qəzetinin iddiasına görə "Barselona" Arda Turanı transfer məbləği istəmədən klubdan göndərəcək. Klub Luis Enrikedən sonra komandanın baş məşqçi postuna keçən Valverdenin heyətdə düşünmədiyi Arda Turanı satmağa çalışır. Ancaq Ardaya 25 milyon avroluq transfer məbləğini ödəyəcək klub tapılmadığı üçün yaşını nəzərə alaraq futbolçunu pulsuz başqa kluba göndərəcəklər.
Şahin
BAKU.WS