SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bakı Marafonu 2017”nin kişi və qadın kateqoriyası üzrə qaliblərinin hər biri 3 min manat məbləğində mükafat alacaq.
 
BAKU.WS report.az-a istinadən xəbər verir ki,  II yerlər 2 min, III yeri tutanlar isə min manat əldə edəcək.
Bundan əlavə, finiş xəttini 4 - 6-cı keçən ümumilikdə 6 kişi və qadına Avropa daxilində istədikləri ölkəyə uçmaq üçün bir bilet təqdim olunacaq.

7 - 8-ci yerlərin sahiblərinə "Bakı Marafonu 2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 - 10-cu yerin sahiblərinə isə 100 manatlıq hədiyyə kuponu veriləcək.
Qeyd edək ki, aprelin 30-da keçiriləcək "Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.
 
BAKU.W