SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın ulduzu Mauro İkardi "Fənərbağça"nın xal itirməsindən sonra paylaşım edib.

BAKU.WS xəbər verir ki, argentinalı forvardın instaqramda etdiyi paylaşımında “Hatayspor”la matçda etdiyi qol sevinci yer alıb.

İkardinin bu paylaşımı xal itirən “Fənərbağça”lı azarkeşləri daha da qıcıqlandırıb.

Qeyd edək ki, ötən gecə Türkiyə Super Liqasının XXXIII turu çərçivəsində keçirilən "Sivasspor" - “Fənərbağça” matçı 2:2 bərabərliklə başa çatıb.

Hesabı 45+2-ci dəqiqədə qonaqların heyətində Fred açıb. 58-ci dəqiqədə Fode Koita tablodakı rəqəmləri bərabərləşdirib. 80-ci dəqiqədə İrfan Can Kahveci komandasını önə keçirib. Matçın yekun nəticəsini 90+4-cü dəqiqədə penaltidən Ray Manaj müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 86-ya çatdıran "Fənərbağça" ikinci pillədə qərarlaşıb. "Sivasspor" isə 45 xalla onuncu yerdədir. Turnir cədvəlinə 90 xalla "Qalatasaray" liderlik edir.

BAKU.WS