SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bayern"nin hücumçusu Tomas Müller peşəkar futbolçu karyerasını başa vurmağa yaxındır.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Kicker" məlumat yayıb.

34 yaşlı alman futbolçu 2025-ci ilin yayında, "Bayern" ilə hazırkı müqaviləsi başa çatdıqdan sonra karyerasını bitirməyi planlaşdırır.

Bildirilir ki, klub Müllerə uyğun mövqe təklif edərək onu klubda saxlamağa çalışacaq.

Qeyd edək ki, Tomas Müller 2009-cu ildən "Bayern"də çıxış edir.

"Transfermarkt" portalı futbolçunun dəyərini 10 milyon avro kimi qiymətləndirir.

Almaniya millisinin üzvü kimi Müller 2014-cü il Dünya Çempionatının qalibi, 2010-cu il Dünya Çempionatının bürünc mükafatçısı olub.

Forvard həmçinin 2012 və 2016-cı illərdə Avropa çempionatında bürünc medal qazanıb.

BAKU.WS