SİZİN REKLAM BURADA!
055 213 76 73


"Roma"nın müdafiəçisi Evan Ndika futbol üzrə İtaliya çempionatında "Udineze" ilə matçda huşunu itirib.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

Hadisə oyunun 73-cü dəqiqəsində baş verib. Futbolçuya meydançada tibbi yardım göstərilib və o özünə gəlib. Daha sonra onu xərəklə meydançadan aparıblar.

Onun ürək tutması keçirdiyi bildirilib.

Matçın baş hakimi bu səbəbdən oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, hadisə baş verən dəqiqəyə qədər görüş 1:1 hesabı ilə davam edib.

BAKU.WS