SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.

BAKU.WS xəbər verir ki, "Neftçi" bu mövsüm ilk dəfə "Araz-Naxçıvan"ı məğlub edib.

Qarşılaşma "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Birinci dəqiqədə Brayan Moreno, 45-ci dəqiqədə Rəhman Hacıyev fərqlənib. 87-ci dəqiqədə İqor Ribeyro avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, günün ilk matçında "Zirə" "Qəbələ"ni 2:1 hesabı məğlub edib.

BAKU.WS