SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağır çəkidə UFC çempionu Con Cons sərxoş halda dopinq nəzarəti zabitinə hücum edib.

Bu barədə “Abq Raw” məlumat yayıb.

Hadisə 2024-cü il martın sonunda Alburquerquedə (Nyu-Meksiko) baş verib.

Şəhər polis idarəsinə dopinq zabitinə hücum edən ağır çəkidə UFC çempionu Con Cons haqqında şikayət daxil olub.

Mənbənin sözlərinə görə, Cons sərxoş halda antidopinq agentliyinin əməkdaşının telefonunu əlindən alıb və onu öldürməklə hədələyib.

Cons ağır çəkidə UFC çempionudur. Conun 2024-cü ildə Stipe Mioçiç ilə döyüşməsi planlaşdırılır.

BAKU.WS