SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfsanəvi amerikalı MMA döyüşçüsü, ilk ağır çəkidə UFC çempionu Mark Koulman zəhərlənərək xəstəxanaya yerləşdirilib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "MMA Fighting" məlumat yayıb.

Qeyd olunur ki, idmançının valideynlərinin evində yanğın baş verib. 59 yaşlı Koulman növbə ilə valideynlərini yanan evdən çıxarıb. O, itini xilas etmək üçün evə girən zaman güclü tüstüdən zəhərlənib.

Koulmanın valideynlərinin evi tamami ilə yanıb. İdmançı helikopterlə xəstəxanaya çatdırılıb.

BAKU.WS
QALEREYA