SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

BAKU.WS xəbər verir ki, ilk olaraq iki matç keçiriləcək.

Almaniya çempionu "Bayern" İtaliyanın "Latsio" klubunu qəbul edəcək. Romadakı ilk görüşdə meydan sahibləri qələbə qazanıblar - 1:0.

Münhen təmsilçisində Dayot Upamekano cəza, Bouna Sarr və Kinqsli Koman zədə səbəbindən qarşılaşmanı buraxacaqlar. Romalılar zədə ucbatından Patrisio Qabarronun xidmətindən yararlana bilməyəcəklər.

Digər oyunda Fransanın PSJ kollektivi İspaniyada "Real Sosyedad"la üz-üzə gələcək. İlk görüşdə Paris klubu qalib gəlib - 2:0.

Meydan sahiblərində Alvaro Odriozola, Arits Elustondo və Carlos Fernandes, qonaqlarda Presnel Kimpembe, Milan Şkrinyar və Marko Asensio zədəlidirlər.

BAKU.WS