SİZİN REKLAM BURADA!
055 213 76 73


Anxelinyo ilə yollarını ayıran "Qalatasaray" "Olimpik Lion"un argentinalı sol cinah müdafiəçisi Nikolas Talyafikon üçün hərəkətə keçib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Le Parisien" nəşri yazır.

İstanbul təmsilçisi Talyafikonun transferi üçün "Olimpik Lion" və futbolçu ilə danışıqlara başlayıb.

Müdafiəçi ilə "Qalatasaray"dan başqa İspaniyanın "Real Betis" və "Vilyarreal" klubları da maraqlanır.

Transfer dəyəri 8 milyon avro olan 31 yaşlı argentinalının "Lion"la daha 1,5 illik müqaviləsi var.

Bu mövsüm "Lion"un heyətində 17 rəsmi oyuna çıxan Talyafiko 1 qol və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Qalatasaray" mövsümün əvvəlində "Leyptsiq"dən icarəyə götürdüyü Ancelino ilə yollarını ayırıb. Dünən İtaliyaya yollanan və "Roma"nın heyətində tibbi müayinədən keçən ispan sol cinah müdafiəçisinin bu gün rəsmi müqavilə imzalayacağı gözlənilir.

BAKU.WS