SİZİN REKLAM BURADA!
055 213 76 73


"Əl İttihad"ın hücumçusu Kərim Benzema Avropaya qayıda bilər.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Sports Zone" məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu ilə PSJ maraqlanır. Klub fransız futbolçunu qış transfer pəncərəsində ala bilər.

Parislilər cari mövsümün sonuna kimi icarəyə götürmək variantını nəzərdən keçirir.

Qeyd edək ki, hücumçunun "Əl-İttihad"la müqaviləsi 2026-cı ilə qədərdir.

Benzemanın transfer dəyəri 15 milyon avrodur.

Bu mövsüm o, 20 oyun keçirib, 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

BAKU.WS