SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Super Liqasının güclü komandalarından olan "Adana Dəmirspor"da sürpriz ayrılıq var.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Adana Dəmirspor" italiyalı hücumçu Mario Balotelli ilə yollarını ayırır.

Belə ki, Balotellinin "Adana Dəmirspor"dakı ikinci dövrü gözləniləndən daha qısa olub.

“Adana Dəmirspor"un ilk dəfə 2021/2022 mövsümündə heyətinə qatdığı Mario Balotelli 2023/2024 mövsümündən əvvəl ikinci dəfə "Sion"dan transfer olunub.

Mario Balotelli bu mövsüm "Adana Dəmirspor"la 5 matçda 3 qol vurub.

Mario Balotelli karyerası ərzində “İnter”, “Milan”, “Mançester Siti”, “Liverpul”, “Nitsa”, “Marsel”, “Breşiya”, “Monza”, “Sion” və “Adana Dəmirspor” klublarında çıxış edib.

BAKU.WS
QALEREYA